"Formula 1": Lüis Hemilton yeni mövsümə uğurlu başladı

15 Mart 2019 19:24 Atçılıq 668
"Formula 1": Lüis Hemilton yeni mövsümə uğurlu başladı

Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton bu gün Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında start götürən yeni mövsümün ikinci sərbəst gürüşündə də ən yaxşı göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, britaniyalı pilot 33 dövrəni hamıdan tez 1 saat 22,6 dəqiqəyə başa vurub.

Onun komanda yoldaşı Valtteri Bottas ikinci (+0.048), Avstriya “Red Bull”unun sürücüsü Maks Ferstappen isə üçüncü olub (+0.800).

2018-ci il mövsünün qalibi L.Hemilton ilk sərbəst yürüşdə də ən yaxşı nəticə göstərib.

Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız