İstəyənlərin sayı artmaqdadı

20 Fevral 2019 08:24 Atçılıq 576
İstəyənlərin sayı artmaqdadı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində yarışın rəhbər marşalları ilə görüş keçirib.

Görüşdə ötən ilin yekunları, bu ayın əvvəlində 1300-ə yaxın marşal üçün start verilmiş təlimlərin gedişatı, Formula 1-in builki mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərlə əlaqədar hazırlıqlar və yarış həftəsinə dair icra planının detalları ilə yanaşı, qarşıdan gələn illərdə də Formula 1 Azərbaycan Qran Prisinin ən yüksək səviyyədə keçirilməsi məsələləri ətraflı müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, 100-ə yaxın rəhbər marşalın iştirak etdiyi tədbirdə çıxış edən BŞH-nin İdman əməliyyatları şöbəsinin rəhbəri Çingiz Mehdiyev marşal olmaq istəyənlərin sayının hər il artdığını bildirib:

“Son illər atdığımız uğurlu addımlar nəticəsində hər il marşallıq fəaliyyətinə qoşulmaq istəyənlərin sayı artmaqdadır.

Ötən il marşal olmaq üçün 1603 müraciət qeydə alınıbsa, artıq bu göstərici bu il 2445 olub. Biz mövcud marşallarla daha səmərəli əlaqənin təmini üçün xüsusi təlim və kommunikasiya sistemi qurmuşuq.

Bu sistem də, öz növbəsində, marşallarla birgə fəaliyyətimizin daha keyfiyyətli şəkildə təşkilinə xidmət etməkdədir”.

2017-ci ildən etibarən Formula 1 Azərbaycan Qran Prisinin marşallarının hazırlığı yerli təcrübəli rəhbər marşallara həvalə olunub.

Bununla yanaşı, rəhbər marşallar bir qayda olaraq mövsümün sonunda əməliyyat şirkətinin idarə heyəti ilə bir araya gələrək növbəti illər üçün marşalların hazırlığı prosesinin daha da təkmilləşdirilməsinə dair yeni təklif və rəylər irəli sürürlər.

Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti