"Müqavilənin 3 illik olması daha məqsəduyğundu.
Çünki hər şey çox dinamik inkişaf edir, təkcə idmanda deyil, digər sahələrdə də dəyişikliklər sürətlə gedir".
Sportinfo.az xəbər verir ki, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra deyib.
O, bildirib ki, gələcəkdə sözləşmənin müddəti uzadıla bilər:
"Müqavilənin uzadılması qarşılıqlı fayda kontekstində düzgün qərardı. Gələcəkdə lazım gələrsə, yeni müqavilə də bağlaya bilərik".

