"Hazırda onların biri ilə danışıqlar sonuncu mərhələdədi"

6 Fevral 2019 08:24 Atçılıq 650
"Hazırda onların biri ilə danışıqlar sonuncu mərhələdədi"

"Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidi".

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.

O bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirlər:

"Formula 1"i indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda "Formula" simulyator yarışları keçirilib".

A.Rəhimovun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər:

"Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədi".

Ə/vvəlki illərdə Tarkan, Kristina Agilera kimi tanınmış müğənnilər Bakıda konsert proqramı ilə çıxış ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti