Kriptovalyuta şirkəti ilk dəfə bu komanda ilə müqavilə bağladı

6 Fevral 2019 00:40 Atçılıq 573
Kriptovalyuta şirkəti ilk dəfə bu komanda ilə müqavilə bağladı

“Futurocoin” kriptovalyuta şirkəti “Formula 1” üzrə dünya çempionatının iştirakçısı Avstriyanın “Red Bull” komandası ilə uzunmüddətli sponsorluq müqaviləsi bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qırmızı öküzlər”in Mətbuat xidməti bildirib.

“Red Bull” kriptovalyuta şirkəti ilə sözləşmə imzalayan ilk “Formula 1” komandası olub. Anlaşmaya əsasən, “Futurocoin”in emblemi boldilərdə və komanda üzvlərinin geyimlərində əksini tapacaq.

Bunadək kriptovalyuta şirkətləri bəzi pilotlarla şəxsi müqavilə bağlayıb. ABŞ-ın “Haas” komandasının sürücüsü Romen Qrojan “SoccerСoin”lə əməkdaşlıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti