"Bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdu"

1 Fevral 2019 14:00 Atçılıq 752
"Bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdu"

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bəyanatda Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlərin qeyri-rəsmi və əsassız məlumatlar olduğu bildirilib.

"Formula-1" Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilənin şərtləri tam məxfi saxlanılır və heç bir formada ictimaiyyətə rəsmi şəkildə açıqlanmır.

"Formula-1" yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda "Formula-1" yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdu və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir", - deyə bəyanatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız