"Mən insani baxımdan da bu fürsətdən məmnunam"

20 Yanvar 2019 12:48 Atçılıq 597
"Mən insani baxımdan da bu fürsətdən məmnunam"

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaherin oğlu Mik Şumaher "Ferrari" yarış akademiyasının üzvü olub.

Sportinfo.az xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb.

"Aydın məsələdir ki, "Ferrari" doğulduğum andan mənim və ailəmin qəlbində xüsusi yer tutub. Ona görə, mən insani baxımdan da bu fürsətdən məmnunam", - deyə Şumaher bildirib.

On doqquz yaşlı alman 2018-ci ildə "Formula-3" Avropa çempionatının qalibi olaraq karyerasında ilk avtoidman titulunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti