Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı

16 Yanvar 2019 08:36 Atçılıq 555
Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlandı

“Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb.

Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq.

Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.

Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq. “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq.

Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti