Azərbaycan mükafat yarışına KİV-in qeydiyyatı başladı

11 Yanvar 2019 12:12 Atçılıq 549
Azərbaycan mükafat yarışına KİV-in qeydiyyatı başladı

26-28 apreldə Formula1 üzrə sayca 4-cü Azərbaycan qran-prisinə yerli media nümayəndələrinin qeydiyyatına başlanılıb.

Sportinfo.az xəbər verir ki, dünya çempionatına akkreditasiya Beynəlxalq Avtomobil Federasiyası və Formula1 şirkəti tərəfindən idarə olunur.

Yerli KİV-in yarışa qeydiyyatı Bakı Şəhər Halqası əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Proses 28 fevral saat 17:00-dək davam edəcək.

Akkreditədən keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər.

Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti