Bakıda əsl zövq alıblar - FOTO

5 Yanvar 2019 13:24 Atçılıq 797
Bakıda əsl zövq alıblar - FOTO

“Cari ildə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi dünyanın aparıcı kütləvi informasiya vasitələri - İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Bakıda növbəti Formula 1 yarışı gələn il aprelin 26-28-də keçiriləcək. N.Arpadarai bildirib ki, televiziya auditoriyasında da Azərbaycan Qran-Prisi bir çox yarışlardan üstün olub:

“Azərbaycan Qran-Prisini dünyada 83 milyon insan izləyib. Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistikasına əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb.

Bu da mövsüm ərzində ümumi göstəricidən yuxarıdı. Rəqəmsal platformalarda orta göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran-Prisini 4,1 milyon unikal istifadəçi izləyib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti