Azərbaycanlı nazir velosiped sürdü - FOTOLAR

31 Dekabr 2018 14:30 Atçılıq 918
Azərbaycanlı nazir velosiped sürdü - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Gücümüz həmrəyliyimizdir” devizi ilə veloyürüş keçirilib.

Sportinfo.az xəbər verir ki, yürüş Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə baş tutub.

Veloyürüşdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nin Velosiped idman klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun təmsilçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.




Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız