"Qapılar onların üzünə birdəfəlik bağlanacaq" - VİTSE

30 Dekabr 2018 11:10 Atçılıq 740
"Qapılar onların üzünə birdəfəlik bağlanacaq" - VİTSE

Velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov növbəti illər üçün hədəfləri açıqladı.

Sportinfo.az xəbər verir ki, mövsümün son toplantısında adəti üzrə səmimi və düzgün çıxış edən dövlət rəsmisi dopinqə qarşı sərt olacaqlarını dedi:

“Nəticəsindən asılı olmayayaq, dopinqə düşən velosipedçiyə qapılar birdəfəlik bağlanacaq. Bunu hamı bilsin.

Paris-2024 olimpiadasına hazırlığa indidən başlamalıyıq. Yeniyetmə idmançılarımızın üzrəində yaxşı çalışmalıyıq.

Əlimizdə olan imkanlardan istifadə etməsək, çətin durumda qala bilərik. Ən əsası, öyünüləsi odur ki, vəziyyət yaxşı olanda maddi-texniki baza yaratdıq. Bizim şəraitimiz Avropanın hər inkişaf etmiş ölkəsində yoxdu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti