2020-ci ilə qədər nəzərdə tutulan müqaviləni yenilməyəcəklər

29 Dekabr 2018 11:24 Atçılıq 472
2020-ci ilə qədər nəzərdə tutulan müqaviləni yenilməyəcəklər

Avstriyanın “Red Bull” komandası “Formula-1”i tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “Motorsport-Total”a bildirib.

Onun sözlərinə görə, buna səbəb “Formula-1”in gələcəyinin qeyri-müəyyən olmasıdı. H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər “Red Bull” və “Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib.

O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.

“Red Bull” 2005-ci ildən “Formula-1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!