Prezident Kubokunda yarımfinalçılar müəyyənləşdi

15 Dekabr 2018 13:36 Atçılıq 622
Prezident Kubokunda yarımfinalçılar müəyyənləşdi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinin qrup üzrə son oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “A” qrupunda “Sərhədçi” komandası “Murad”ı 6:0 hesabı ilə məğlub edib.

“Buta Golden” kollektivi isə “Ağstafa”dan üstün olub - 5:2. “B” qrupundan “Omar” “Köhlən”ə 11:1 hesabı ilə qalib gəlib. “Polad” isə “Qarabağ”dan güclü olub - 2:0.

Dekabr 22-də yarımfinalda “A” qrupunu lider kimi başa vuran “Sərhədçi” “B” qrupunun ikincisi “Polad”la qarşılaşacaq.

“B” qrupunda birinci yeri tutan “Omar” isə “A” qrupundan “Buta Golden”lə üz-üzə gələcək. Üçüncü yer və final oyunları isə dekabrın 23-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti