Azərbaycan çempionatı başladı - Bakıdan Xızıya kimi

24 İyun 2023 10:00 Atçılıq 426
Azərbaycan çempionatı başladı - Bakıdan Xızıya kimi

İyunun 23-də şose velosipedi üzrə Azərbaycan çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı – Giləzi – Xızı – Altıağac yolu) baş tutan yarışın ilk günündə idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 25 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.

Ümumilikdə 46 velosipedçinin iştirak etdiyi yarışın ilk gününün nəticələrinə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (ROEQİUGVM, 35:25:66) bütün rəqiblərindən üstün olaraq birinci, Musa Mikayılzadə (MSN, 35:30:54) ikinci, Tural İsrafilov (ROEQİUGVM, 36:01:79) üçüncü yerə layiq görülüblər.

Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 15:27:43) qızıl, Cavid Qəfərli (Təhsil RİM, 15:55:28) gümüş, Artyom Proskuryakov (Təhsil RİM, 16:05:11) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 16:01:49) birinci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Məryəm Əfqanzadə (ROEQİUGVM, 16:14:26) ikinci, Radha Şabanova (ROEQİUGVM, 17:06:10) isə üçüncü yerlə kifayətləniblər.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən Azərbaycan çempionatının ikinci günündə (24 iyun) yeniyetmə oğlanlar və qadınlar, üçüncü günündə isə (25 iyun) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində güclərini sınayacaqlar.

Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Digər Xəbərlər
Xəbər Lenti