“Mən Bakının gözəliyindən həzz alıram” - FOTOLAR

10 May 2023 16:40 Atçılıq 394
“Mən Bakının gözəliyindən həzz alıram” - FOTOLAR

Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə “Dünya Kuboku 2023”ün final mərhələsi start götürüb.

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapancadan atəş üzrə yarışda qızıl medal Səcad Purhüseyniyə qismət olub.

İranlı qalib mükafatlandırma mərasimindən sonra Sportinfo.az-a açıqlama verib:

“Ötən il də Azərbaycana gəlmişdik. Həmin vaxt komanda növündə qızıl medal qazanmışdıq.

Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində ilk qızıl medalımdır.

Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”.

Olduca gərgin və maraqlı keçən yarışda gümüş medalı ukraynalı Oleq Omelçuk boynundan adıb. Purhüseyni ilə amansız mübarizədən məğlub ayrılan Omelçuk əldə etdiyi müdalla bağlı bunları deyib:

“İştirak etdiyim yarışda atletlərin sayı çox idi. Mübarizənin gərgin şəraitdə keçdiyini nəzərə alsaq, ikinci yeri özüm üçün uğur hesab edirəm.

Gümüş medal karyeram adına uğurdur. Sevindirici məqam Bakıya səfər etməyimdir. Paytaxtınızda olmaqdan qürur duyuram”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!