Azərbaycanda daha bir klub yaradıldı - FOTOLAR

13 May 2021 09:20 Atçılıq 2 178
Azərbaycanda daha bir klub yaradıldı - FOTOLAR

Azərbaycan Atçılıq Federasiyasının təşəbbüsü və təkliflərinə əsasən 27 Aprel 2021-ci il tarixdə Azərbaycan ərazisində cıdır yarışlarının təşkil olunması məqsədilə fəaliyyət göstərəcək yeni təşkilat – Azərbaycan Jokey Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, “Atçılıq Haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn şərtlərə uyğun olaraq, respublika ərazisində atçılıq fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, atçılıqla peşəkar məşğul olan obyektlərin və fərdlərin rifahının yaxşılaşdırılması, beynəlxalq təcrübənin daha mükəmməl şəkildə tətbiq edilməsi məqsədilə yaradılan Azərbaycan Jokey Klubu MMC cari ildən etibarən fasiləsiz, mövsümi xarakter daşımayan şərtlərlə cıdır yarışlarının təşkil olunmasına başlayacaq.

Cıdır yarışlarına mükafatların təyin olunması və ödənilməsi AJK tərəfindən həyata keçiriləcək.



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"