De Byaziyə görə dünya futbolunun 1 nömrəli ulduzu

1 Dekabr 2020 19:40 Araşdırma 773
De Byaziyə görə dünya futbolunun 1 nömrəli ulduzu

"Hamı onun uğurlarını yaxşı bilir, amma mən Dieqonu ancaq bacarıqlarına görə deyil, həm də böyük ürəyinə görə qiymətləndirirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

İtaliyalı mütəxəssis argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən kəndərləndiyini bildirib. 64 yaqşlı çalışdırıcı onunla heç vaxt qarşılaşmadığını söyləyib:

"Kasıblara ümid bəxş etdiyi üçün onların kumiri idi, gündəlik çətin və stressli həyatlarını bir az asanlaşdırırdı. 60 yaşında dünyadan köçməsi çox tezdir.

Təəssüf ki, hamımız Maradonanın özünün bu işdə az rol oynamadığını bilirik".

De Byazi Maradonanı dünya futbolunun 1 nömrəli ulduzu adlandırıb: "Ondan sonra kimlərin ikinci, üçüncü olduğunu soruşa bilərsiniz. O, rəqs edən futbolçu idi. O, topla oynamırdı, rəqs edirdi. Digərləri isə sadəcə oynayırlar".

Digər Xəbərlər
Xəbər Lenti