Paşinyan fərariləri etiraf etdi, qadınları döyüşə çağırdı

27 Oktyabr 2020 09:00 Araşdırma 445
Paşinyan fərariləri etiraf etdi, qadınları döyüşə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan erməni kişilərini onun əmrlərinə tabe olmağa və hərbi xidmətdən yayınmamağa çağırıb.

Sportinfo.az xəbər verir ki, bunu işğalçı ölkənin rəhbəri Facebook səhifəsində canlı yayım zamanı deyib.

“Qadınlarımız kişilərimizə bu vəziyyətdə tərəddüd etməyin bağışlanmadığını söyləməlidirlər. Qadınlar ərlərini və oğullarını saxlamamalıdırlar. Mən tələb edirəm ki, hər bir Ermənistan vətəndaşı mənim əmrimə tabe olsun.

Mən əmr edirəm ki, hər bir kişi indi ayağa qalxsın və öz hərbi komissarlığına getsin. Bu, mənim əmrimdir. Qadınları həvəsləndirin. Qoy özləri dəstələr yaratsınlar. Bu, minillik müharibədir”, - deyə Paşinyan bildirib.

Nikol Paşinyan bütün fərariləri həm də ictimai qınağa məruz qoymağa çağırıb.

“Cəmiyyətimizdə döyüş meydanından qaçanların ciddi töhmət almaları üçün əhval-ruhiyyə olmalıdır. Bizdə ümummilli konsensus olmalıdır. Öz postunu tərk edən hər kəs bilməlidir ki, onlara ictimai töhmət veriləcək”, - deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, "həkim və vətəndaşın oğlan uşağına çağırışdan yayınmaq üçün koronavirus diaqnozu təyin edilməsi barədə razılığa gəlməsi yolverilməzdir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı