“Bu gün baş verən zəlzələ Azərbaycanda iyul ayının 4-də baş verən yerdə və eyni dərinlikdə baş verib”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Eyni yerdə qırılmalar olub. Bu, gözlənilən zəlzələ idi. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb”.
Bu gün səhər saat 08:15-də Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bakıda və şimal rayonlarında hiss olunub.