COP29

“Qarabağ”ın ayağı düşərlidir -  “Tvente”, "Borussiya”, “Bayer”...

19 Aprel 23:20 Araşdırma 4 048
“Qarabağ”ın ayağı düşərlidir -  “Tvente”, "Borussiya”, “Bayer”...

“Qarabağ”ın Avropa Liqasından tanışı “Bayer 04” “Bavariya”nın 11 illik ağalığına son qoyub.

Leverkuzen təmsilçisi tarixində ilk dəfə Almaniya çempionu olub.

Bundesliqanın 29-cu turunun ev oyununda “Verder”ə (Bremen) 5:0 hesabı ilə qalib gəliblər. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib.

Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. Florian Vits 68-ci dəqiqədə üçüncü qolu vurub, 83 və 90-cı dəqiqələrdə də fərqlənərək het-trikə imza atıb.

Bundesliqanın 29 matçından sonra Xabi Alonsonun drujinası 79 xal toplayıb və bu onları təqib edən “Bavariya” (69 xal) üçün əlçatmaz olub.

Daha öncə leverkuzenlilərin son böyük uğuru 1993-cü ildə Almaniya Kuboku qazanmaq olub. Beləliklə, klub həm də 31 illik kubok həsrətinə də son qoyub.

Tanınmış telejurnalist Kənan Hakimov "Qarabağ" və “B ayer”lə bağlı maraqlı kakta işıq tutub:

"Qarabağ"la Avropa Liqasının pley-offunda qarşılaşan "Tvente" 2009/2010 mövsümündə tarixində ilk dəfə Niderland çempionu oldu!

İndi isə Leverkuzen "Bayer"i tarixində ilk dəfə Bundesliqada çempionluğu rəsmiləşdirib.

Bundan əlavə, 2010/2011 mövsümündə "Qarabağ”la qarşılaşan "Borussiya” (Dortmund) 9 illik fasilədən sonra bundesliqada çempionluq yaşamışdı”.


SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti