Azərbaycanda daha üç nəfər futboldan ömürlük uzaqlaşdırıldı

31 Yanvar 2025 01:10 Araşdırma 622
Azərbaycanda daha üç nəfər futboldan ömürlük uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti