Bir qərarı ilə “Qarabağ”a milyonlar qazandırdı, adı burada çıxdı

26 Yanvar 2025 13:35 Araşdırma 4 814
Bir qərarı ilə “Qarabağ”a milyonlar qazandırdı, adı burada çıxdı

“Qarabağ”dan “Flamenqo”ya transfer olunan Olavio Juninyo son bir ildə ən çox qol vuran futbolçular siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı braziliyalı forvard bu müddətdə 26 qol vurub.

O, CİES-in tərtib etdiyi “Top-100”ə düşüb. Juninyo siyahıda “Flamenqo”nu təmsil etsə də, bütün qollarını “Qarabağ”da oynadığı vaxt vurub.

O, ölkədaxili yarışlarda 15, qitə kuboklarında 11 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” hücumçusunu bu ay 5 milyon avroya satıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti