COP29

Qarşılayın, bu da “Qarabağ” üçün… MARAQLI NÜANSLAR

6 Avqust 10:40 Araşdırma 1 308
Qarşılayın, bu da “Qarabağ” üçün… MARAQLI NÜANSLAR

Avropada layiqli təmsilçimiz “Qarabağ”ın növbəti rəqibi Bolqarıstan çempionudur.

“Köhlən atlar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”lə qarşılaşacaq.

Bu komanda son illər Bolqarıstan futbolunun siması hesab olunur. 2011/12 mövsümündən başlayaraq ardıcıl 13 dəfə ölkə çempionu adını qazanıb, 3 dəfə Bolqarıstan kubokunu muzeyinə aparıb, 7 dəfə Superkuboka sahib olub.

Razqrad təmsilçisi avrokuboklarda 2012-ci ildən iştirak etməsinə baxmayaraq, böyük təcrübəyə malikdir. Bu müddətdə 147 oyun keçirib. 52 halda meydanı qalib tərk edib, 58 dəfə məğlub olub, 37 oyunda heç-heçə qeydə alınıb.

2 dəfə Çempionlar Liqasının, 7 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. Yalnız 2 halda qruplardan kənarda qalıb.

Bunlardna 6-da qrupdan pley-offa yüksəlib ki, “Latsio”, “İnter”, “Valensiya”, “Milan” kimi Avropa nəhənglərinə rəqib olub.

“Ludo”nun 11 illik avrokubok təcrübəsində “Latsio” (3:3), “Liverpul” (2:2), PSJ (2:2), “Bayer Leverkuzen” (1:1) kimi rəqiblərlə heç-heçələr, “Hoffenhaym” (2:1), “Roma” (2:1), “Ayaks” (1:0) üzərində unudulmaz qələbələr var.

Bolqarıstan nəhənginin özəyini əsasən legionerlər təşkil edir. İlk illərdən başlayan ənənə bu gün də qorunmaqdadır.

Hazırda komandanın heyətində 20 əcnəbi futbolçu yer alıb. Son avrokub matçlarında əsas heyətdə 3 yerli oyunçuya şans verilib. “Qartallar”ın baş məşqçisi də bolqardır – 69 yaşlı Georgi Demendjiyev.

“Ludoqorets” bir çox cəhətlərinə görə “Qarabağ”a bənzəyir. Hətta bu komandanı rahatlıqla Bolqarıstanın “Qarabağ”ı adlandıra bilərik.

Komandalar arasında avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.

Avqustun 13-nə nəzərdə tutulmuş səfərdəki cavab qarşılaşması isə Bakı vaxtı ilə 23:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti