COP29

Yerli bazarda qiymətlər niyə bahadır? - VİDEO

20 May 13:30 Araşdırma 263
Yerli bazarda qiymətlər niyə bahadır? - VİDEO

Ölkəmizdə inflyasiya aşağı düşüb. Buna baxmayaraq, bəzi sahələrdə bahalaşma müşahidə olunur.

Dövlət Statistika Komitəsindən verilən ən son məlumata əsasən, cari ilin aprel ayında istehlak qiymətlərinin indeksi, 2023-cü ilin aprel ayına nisbətən 0% təşkil edir.

Bu da 2014-cü ilin dekabr ayından indiyə qədər, qeydə alınan ən aşağı illik inflyasiyadır.

Məsələ ilə bağlı, iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda bəzi məhsulların bahalaşmasını, bəzilərinin də ucuzlaşmasını müşahidə edirik.

O, qiymətlərin inflyasiyaya görə deyil, xarici bazarlara görə müəyyənləşdiyini bildirib.

“Dünya bazarlarında olan dəyişikliklər, daxili bazara altı-doqquz ay müddətində təsir edir. İlin sonuna qədər qiymət artması davam etsə də, bu artım əvvəlki illərə nisbətən, az olacaq”.

Ətraflı “Xəzər” TV-nin videomaterialında:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"