Azərbaycanda qadın dövlətə xəyanətə görə həbs edildi - DTX tərəfindən

2 Aprel 2024 16:30 Araşdırma 1 265
Azərbaycanda qadın dövlətə xəyanətə görə həbs edildi - DTX tərəfindən

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM