Millimizdən imtina etdiyi deyilən “Dinamo”dakı azərbaycanlı kimdir?

24 Fevral 2024 21:20 Araşdırma 4 916
Millimizdən imtina etdiyi deyilən “Dinamo”dakı azərbaycanlı kimdir?

Rusiyada Ülvi Babayev adlı futbolçu var.

2004-cü ilin martında Ximkidə anadan olub. Atası Laçın adlı azərbaycanlı, anası isə rusdur.

Futbolun sirlərinə tam təbii olaraq bu ölkədə yiyələnib. İlk addımlarını “Ximki”də atsa da, 11 yaşından Moskva “Dinamo”sunun akademiyasına cəlb olunub.

Vaxtilə Rusiyanın U-15 millisində 8 oyunda meydana çıxıb, 2 dəfə U-16-nın şərəfini qoruyub.

2021-ci ildən “Dinamo-2”nin uğurları üçün tər tökür. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən soydaşımız son iki mövsümdə İkinci Liqa komandasında meydana çıxdığı 29 matçda rəqib qapılarına 8 qol vurub.

Əsas komandanın məşqçilərinin diqqətini çəkən Ülvi məşqlərdə mütəmadi iştirak edir. Hətta ötən il Premyer Liqada debüt şansını yaxalayıb. İyulun 3-də “Orenburq”la səfərdə baş tutan qarşılaşmanın 85-ci dəqiqəsində meydana çıxıb.

Rusiyadakı mənbədən əldə etdiyimiz məlumata görə, Babayev ötən ilə qədər kifayət qədər xoş təsir bağışlayırmış. Həmin müddətdə onunla AFFA-dan maraqlanıblar. U-21-in toplanışında iştirak etmək üçün.

Ülvinin valideynləri ona Azərbaycan millisində oynamağa tələsməməyi məsləhət görüb. Təbii ki, əsas məqsəd Rusiya yığmasının formasını geyinmək istəyidir. Lakin son aylardakı performansı onun yenidən “Dinamo”nun əsas komandasına qayıdacağını və arzuladığı millinin şərəfini qoruyacağını sual altına salır.

Məsələni diqqətdə saxlamağa çalışacağıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var