COP29

Novruz bayramına qədər vətəndaşların kredit borcları silinəcək?

11 Fevral 08:20 Araşdırma 3 028
Novruz bayramına qədər vətəndaşların kredit borcları silinəcək?

Bu gün müzakirə olunan məsələlərdən biri də kredit borclarının silinməsidir.

Məlum olduğu kimi, qarşıda Novruz bayramı gəlir.

Bununla əlaqədar olaraq vətəndaşların kredit borcları silinə bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov sonxeber.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə hazırda kredit borclarının silinməsi ilə əlaqədar hər hansı bir məsələ hökumətin gündəmində deyil:

"Kredit borclarının silinməsi yanaşmasına müəyyən mənada ehtiyatlı davranmaq lazımdır. Çünki bu məsuliyyətsiz borclanma, məsuliyyətsiz davranışları belə özü ilə bərabər gətirə bilər. Bu baxımdan indiki şərtlər daxilində Azərbaycanda bu istiqamətdə təcrübə çox deyil. Düzdür 2019-cu ilin fevralında devalvasiya nəticəsində yaranmış borcların silinməsi ilə əlaqədar qərar qəbul edildi. Əslində bu olmalı idi. Mülki məcəlləyə görə Azərbaycan hökumətinin yerli özünü idarəetmə orqanlarının qəbul etdiyi qərarlar nəticəsində vətəndaşa, sahibkara zərər dəyirsə bu zərər kompensasiya olunmalıdır. Düzdür 2019-cu il qərarı bu zərəri tam kompensasiya etmirdi. Amma onun müəyyən bir qismini, az gəlirli sosial qruplara olan təsirini bir qismini aradan qaldırmağa kömək etdi. Borcların silinməsi ilə əlaqədar hökümət deyil, bayramla əlaqədar banklar hər hansı bir fərdi şəkildə korporativ sosial məsuliyyət layihələr çərçivəsində yanaşma və bir mövqe ortaya qoya bilər. Həssas sosial qrupların, əlilliyi olan şəxslərin, müharibə əlillərinin, eyni zamanda şəhid ailələrinin borclarına münasibətdə hər hansı bir qərarlar qəbul edə bilərlər. Amma hökumət faktiki olaraq bu gün üçün bu məsələləri müzakirə etmir".

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"