Futbolda yeni qaydalar - 10 dəqiqəlik cəza və...

30 Noyabr 2023 04:00 Araşdırma 1 322
Futbolda yeni qaydalar - 10 dəqiqəlik cəza və...

Futbola yeni qaydalar gətirilir.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) matçın davam etdiyi müddətdə qayda pozuntusuna yol verən və ya hakimə etiraz edən oyunçulara 10 dəqiqəlik cəza verilməsi məsələsini nəzərdən keçirir.

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, paytaxt Londonda keçirilən idarə heyəti iclasında hakimə taktiki qayda pozuntusuna yol verdikləri və ya etirazlarında israrlı olduqları halda oyunçuları 10 dəqiqə meydandan kənarlaşdırmaq səlahiyyətinin verilməsi müzakirə olunub.

Bundan əlavə, reqbidə olduğu kimi hakimə yalnız komanda kapitanının yaxınlaşması qaydası barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin bu qaydaların Federasiya Kuboku və Qadınlar Superliqasının oyunlarında pilot tətbiq kimi həyata keçirilə biləcəyi qeyd olunub.

İdarə Heyətinin üzvləri VAR hakiminin künc, cərimə zərbələrinə və ikinci sarı vərəqə qərarlarına müdaxilə edib-etməməsi məsələsi haqda da danışılıb. Londondakı görüşdə müzakirə olunan məsələlər gələn ilin martında keçiriləcək Baş Assambleyanın iclasında səsverməyə çıxarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti