Bu gün Premyer Liqada ilk oyununa çıxacaq "Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Muxtar Respublika təmsilçisi dünənn daha bir legionerlə - İqor Ribeiroyla müqavilə imzalayıb.
Braziliyalı mərkəz müdafiəçisi Naxçıvan klubunun 9-cu əcnəbisidir.
I Liqanın son çempionu buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşikeni də heyətinə qatıb.
Yerlilərdən isə Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev "Araz Naxçıvan"la anlaşıb.
MR klubunun iddaisı avrokuboklara vəsiqə qazanmaqdır. Yeni rəhbərlik bunun üçün kisənin ağzını açıb.
Təkcə onu bildirək ki, legionerin alınmasına 3 milyon manat civarında vəsait ayrılıb.
Qarşıdakı saatlarda və günlərdə daha bir neçə əcnəbinin düşərgəyə qoşulması gözlənilir. Bu da o deməkdir ki, transfer büdcəsi yarım milyon manatadək artacaq.
SPORTİNFO.AZ

