Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştian Ronaldo ən çox qazanan blogerlər siyahısına başçılıq edir.
Sportinfo.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Futbolçu "Instagram"da bir reklam postuna görə, 2,2 milyon avro qazanır. Beləliklə, portuqaliyalı amerikalı model Kayli Cennerdən 1,7 milyon avro çox qazanıb.
Bu göstəricidə ilk üçlükdə daha bir futbolçu qərarlaşıb. O, yay transfer pəncərəsində Amerikanın "İnter Mayami" klubuna keçən argentinalı hücumçu Lionel Messidir . O, bir post üçün 1,52 milyon avro tələb edir.
Ronaldo altı aydır ki, Səudiyyə Ərəbistanı çempionatında oynayır və liqada ən yüksək maaş alan oyunçu olmağa davam edir.
Səudiyyə klubu ilə müqaviləyə əsasən, hücumçu ildə 200 milyon avro alacaq. Müqavilədə futbolçunun ailəsi üçün bonuslar da göstərilib.
Messi iyul ayında pulsuz transferlə İnter Mayamiyə keçib. Son iki ildə o, Fransanın "Paris Sen-Jermen" klubunda çıxış edib.
Ümumilikdə, ötən mövsüm Messi Fransa çempionatında 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib .

