UEFA-dan Azərbaycan klublarını maraqlandıran yeni qərar

1 Avqust 2023 02:10 Araşdırma 1 867
UEFA-dan Azərbaycan klublarını maraqlandıran yeni qərar

UEFA növbəti iki mövsümdən (2023/2024 və 2024/2025) başlayaraq Avropa yarışlarının oyunlarında VAR sistemindən daha tez-tez istifadə etməyə başlayacaq,

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Texnologiya ilk dəfə Avropa Liqasının (3-cü təsnifat mərhələsindən) və Konfrans Liqasının (pley-off mərhələsindən) təsnifat mərhələsində istifadə olunacaq.

VAR-ın artıq turnirin qrup mərhələsində də işləyəcəyini nəzərə alsaq, sistemin əhatə etdiyi Avropa Liqası oyunlarının sayı 26% (36 oyun), Konfrans Liqası isə 311% (140 oyun) artacaq.

Həmçinin, Çempionlar Liqasının bütün seçmə mərhələlərində ilk dəfə VAR tətbiq ediləcək və bu texnologiyadan istifadə edilən turnir oyunlarının ümumi sayı 2022/2023 mövsümü ilə müqayisədə 63 matç artacaq.

2024/2025 mövsümündən etibarən texnologiya Avropa Liqasının 1-ci təsnifat mərhələsindən tətbiq olunacaq.

Matçın çox olması səbəbindən müvafiq texniki-iqtisadi əsaslandırmaya əsasən, VAR texnologiyası Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsindən əvvəl də tətbiq oluna bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti