“Neftçi”nin yeni baş məşqçisinin 36 yaşlı həmyerlisi haqda KİÇİK QEYD

27 İyul 2023 19:20 Araşdırma 849
“Neftçi”nin yeni baş məşqçisinin 36 yaşlı həmyerlisi haqda KİÇİK QEYD

“Qəbələ” və Kipr “Omoniya”sı arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin matçı üçün hakim təyinatları bəllidir.

Bu gün keçiriləcək ilk qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Andrey Çivuleteyə laynsmanlar qismində Sebastyan George və Daniel Mitruti yardımçı olacaq. Dördüncü hakim funksiyasını Horatiu Fesnic yerinə yetirəcək.

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutunun həmyerlisi olan və ötən mövsüm Rumıniya çempionatındakı oyunlardan bir-birini tanıyan hakimin 36 yaşı var.

Andrey 24 yaşından Rumıniyanın yüksək dəstə oyunlarına təyinat alır. Buna baxmayaraq, beynəlxalq oyunlarda 2021-ci ildən görünməyə başlayıb.

Rumın referi bu müddətdə avrokuboklarda vur-tut 4 görüşdə meydanda əsas söz sahibi olub.

A milli komandalarla bağlı göstərici də ürəkaçan deyil. Çivulete indiyə qədər cəmi 1 qarşılaşmaya baş hakim kimi təyinat alıb ki, xoş hadisə bu ilin martına təsadüf edib.

Göründüyü kimi, Rumıniyadan olan ədalət təmsilçisi beynəlxalq oyunlar üçün təcrübəli sima hesab olunmur.

Və indiyə qədər nə əsas, nə də dördüncü hakim qismində bir dəfə də olsun Azərbaycan təmsilçilərinin oyununda görünməyib.

“Qəbələ” – “Omoniya” qarşılaşması bu gün saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti