İyulun 27-si gözlənilən hava şəraiti - Yağış yağacaq, şimşək çaxacaq

26 İyul 2023 21:30 Araşdırma 753
İyulun 27-si gözlənilən hava şəraiti - Yağış yağacaq, şimşək çaxacaq

İyulun 27-si gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Həmçinin oxuyun: “Айтадж получала крупные суммы денег, а Илькнур занималась мелкими делами”

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti