Bakıya gələcək bu klubla bağlı QORXULU FAKTLAR

22 İyul 2023 23:00 Araşdırma 4 349
Bakıya gələcək bu klubla bağlı QORXULU FAKTLAR

Konfrans Liqasında I təsnifat mərhələsin oyunlarına yekun vuruldu.

Qeydə alınan nəticələr sonrası təmsilçimiz "Sabah"ın II mərhələdəki rəqibi də müəyyənləşdi.

Belə ki, RFŞ (Latviya) - "Makedoniya GP" duelindən 4:1 hesablı qələbə ilə ayrılan Latviya təmsilçisi Azərbaycan klubu ilə üz-üzə gələcək.

İlk baxışdan hər kəs Masazır klubun şanslı sayır. Amma əsl həqiqət necədir? İndidən toy-bayram etməyə dəyərmi?

Sualara cavab tapmaq üçün kiçik bir araşdırmaya baş vurduq.

RFŞ klubu 1962-ci ildə yaradılıb. Hazırda klubun büdcəsi 8-10 milyon avro civarında qiymətləndirilir.

Düşərgədə 15 əcnəbi futbolçu yer alır.

Onların arasında dəyəri 1 milyon qiymətləndirilən 2 futbolçu - braziliyalı Emerson və serbiyalı Andrey İliç də var.

Latviya millisinin önəmli futbolçularından hesab olunan Janis İkaunukes də klubun uğurları üçün çalışır. Onun dəyəri isə yarım milyon qiymətləndirilir.

Klub tarixi ərzində 1 dəfə Latviya çempionu (2021) olub, 2 dəfə Ölkə Kubokuna (2019,2021) sahib olub.

Göründüyü kimi, 61 yaşlı komandanın tarixinin qızıl dövrü son 2-3 ilə təsadüf edir.

RFŞ son illər təkcə daxili yarışlarda yox, avrokuboklarda da öz sözünü deməyə başlayıb.

Belə ki, ötən mövsüm Konfrans Liqasının qrupunda mübarizə aparan klublar arasında RFŞ də yer almışdı.

A qrupunda qərarlaşan komandanın rəqibləri "Başakşehir", "Hart" və "Fiorentina" olub.

RFŞ qrup mərhələsində də asan təslim olmayıb. İtaliya nəhəngi "Fiorentina" ilə qollu bərabərlik (1:1), Türkiyə təmsilçisi "Başaşehir"lə qolsuz heç-heçə etməklə buraya kimi boşuna gəlmədiyini göstərib.

Ötən mövsümü bürünc medalla tamamlayan Latviya təmsilçisinin əsas hədəfi ötənilki uğuru təkrarlamaqdır.

Makedoniyalılar üzərində darmadağınla qazanılan qələbə də bundan xəbər verir.

Bir sözlə, RFŞ nə büdcəsinə, nə heyətinə, nə də təcrübəsinə görə "Sabah"dan geri qalmır. Hətta bir çox məqamlarda təmsilçimizi üstələyir.

Düzdü, potensial rəqiblər arasında bəlkə də ən münasibi Latviya təmsilçisidir.

Amma yuxarı qeyd etdiyimiz faktlar göstərir ki, heç bir halda bu rəqibə yuxarında aşağı baxmaq, arxayınlaşmaq olmaz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti