İyunun 24-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz - 31° isti

23 İyun 2023 21:50 Araşdırma 567
İyunun 24-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz - 31° isti

İyunun 24-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Həmçinin oxuyun: Пусть мир будет во всем мире!

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti