Bakıda çimərliyə bu avtobuslarla gedə biləcəksiz - SİYAHI

22 İyun 2023 18:30 Araşdırma 633
Bakıda çimərliyə bu avtobuslarla gedə biləcəksiz - SİYAHI

Yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun 15-dən çimərlik ərazilərinə təşkil edilib.

Bu barədə Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, dəyişiklik aşağıdakı kimidir:

- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

- 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;

- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti