"Qarabağ"ın yeni tanışı: İngilisləri sevən 47 yaşlı rekordçu

20 İyun 2023 17:20 Araşdırma 1 571
"Qarabağ"ın yeni tanışı: İngilisləri sevən 47 yaşlı rekordçu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq "Linkoln"u 1976-cı ildə yaradılıb.

Sportinfo.az xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi İngiltərənin "Linkoln Siti" klubunun şərəfinə bu cür adlandırılıb.

Ləqəbi "qırmızı iblislər" olan komanda ev oyunlarını 5 000 tamaşaçı tutumuna malik "Viktoriya" stadionunda keçirir.

1981/1982 mövsümündən yüksək liqada çıxış edən "Linkoln" 27 dəfə Cəbəllütariq çempionu olub və bu göstəricidə ölkə rekordçusudur. UEFA reytinqində 197-ci pillədədir.

"Linkoln"un prezidenti Dilan Viaqasdır. Kollektivə ispaniyalı mütəxəssis Xavi Munyos rəhbərlik edir. Komandanın kapitanı isə Roy Çipolinadır.

"Linkoln" Azərbaycan klublarının avrokuboklarda üz-üzə gələcəyi ilk Cəbəllütariq təmsilçidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti