Mina axtarışı zamanı insan sümükləri tapıldı – Ağdamın kəndində

19 İyun 2023 15:30 Araşdırma 717
Mina axtarışı zamanı insan sümükləri tapıldı – Ağdamın kəndində

Ağdamda mina axtarışı zamanı insan sümükləri tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyunun 19-u saat 09 radələrində baş verib.

“Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentləri aşkar edilib. Fakt üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti