Sabah 36 dərəcə isti olacaq - HAVA PROQNOZU

17 İyun 2023 21:30 Araşdırma 887
Sabah 36 dərəcə isti olacaq - HAVA PROQNOZU

İyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 18-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, günüdz 50-60 % olacaq.

Abşeron çimərliklərində mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti