"Qarabağ"da Ramil və Musanı əsəbləşdirəcək ŞOK FAKT

27 Sentyabr 2022 22:20 Araşdırma 1 306
"Qarabağ"da Ramil və Musanı əsəbləşdirəcək ŞOK FAKT

Son illər olduğu kimi, hazırkı mövsüm də ölkəmizi Avropada layiqincə təmsil edən komanda “Qarabağ”dır.

Hazırda Avropa Liqasının qrup mərhələsində çıxış edən təmsilçimizin 2 turdan sonra aktivində 3 xalı var.

Onu da ikinci turda Fransa təmsilçisi “Nant” üzərində darmadağınla əldə etmişik – 3:0.

Ümumiyyətlə, bu mövsüm arxada qalan 10 oyunda 12 qol buraxan “Ağdamlılar”ın müdafiə xətti hər nə qədər etibarlı görünməsə də, hücum xətti ilə bağlı yalnız xoş sözlər söyləmək olar.

Belə ki, qrup mərhələsinə kimi Polşa çempionu “Lex” (0:1, 5:1), İsveçrə çempionu “Surix” (3:2, 2:2), Çexiya çempionu “Viktoriya (0:0, 1:2) ilə oyunlarda 11 qol vuran komanda qrup mərhələsində isə “Frayburq” və “Nant”la matçlarda aktivinə daha 4 qol yazdırmağı bacarıb.

Hər halda kifayət qədər ağır rəqiblərlə 10 görüşdə 15 qol vurmaq çox böyük və alqışlanası göstəricidir.

Amma burada bizi üzəcək bir məqamı var ki, onu diqqətdən qaçırmaq olmaz. Belə ki, 15 qoldan nə az, nə çox 14-ü əcnəbi futbolçuların adı ilə bağlıdır. Yalnız bir halda topu rəqib qapısından yerli futbolçu keçirib. Söhbət cinah müdafiəçisi Abbas Hüseynovdan gedir. O, “Lex”lə bakıdakı darmadağında adını tabloya yazdıra bilib. 75-ci dəqiqədə meydana çıxan 27 yaşlı oyunçu cəmi 2 dəqiqə sonra komandasının sonuncu qolunu rəqib qapısından keçirib. Həqiqətən, yerli oyunçular adına çox acı mənzərədir.

Ümid edək ki, bu acı mənzərə yerli futbolçulara əlavə motivasiya mənbəyi olacaq. Ki, qarşıdakı vacib oyunlarda Ramil Şeydayev və Musa Qurbanlı kimi ön xətt oyunçularının timsalında yerli futbolçuların da qol(lar) vurmasına sevinəcəyik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti