“Agent olmaq istəyirəm”

18 Avqust 2022 20:40 Araşdırma 842
“Agent olmaq istəyirəm”

“Mən də agent olmaq istəyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Ruslan Qurbanov deyib.

10 ildən artıq müddətdə ölkəmizdə “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Şamaxı”, “Zirə“ kimi çoxsaylı klubların şərəfini qorumuş forvard menecer kimi fəaliyyət göstərmək niyyətində olduğunu bildirib:

“Niyə də yox?! Həm əlaqələrim genişdir, həm dil bilirəm. Və ən əsası menecerliyə həvəsim var.

Bəlkə siftə edim? Açığı, cəhd edirəm (gülür).

O vaxt məni “Hayduk”a aparan Darko birlikdə işləməyi təklif edir, istəmirəm. Çünki 31 yaşım var və bundan sonra bir neçə il də rahat oynaya bilərəm. Görək də xeyirlisi!”.

Digər Xəbərlər
Xəbər Lenti