AFFA yalan vəd verib: Biri tikildi, digərindən xəbər yoxdur - FOTO

14 Avqust 2022 21:20 Araşdırma 1 208
AFFA yalan vəd verib: Biri tikildi, digərindən xəbər yoxdur - FOTO

İsmayıllı rayonunda iki ədad süni örtüklü meydança salınmalı idi. Bu barədə AFFA-nın keçmiş icraçı vitse-prezidenti Elxan Məmmədovun ötən ilin oktyabr ayında rayona səfəri zamanı qərar verilmişdi.

Səfər zamanı Elxan Məmmədov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov meydançanın inşa olunması üçün rayon ərazisində münasib ərazilərə baxış keçirmiş və yerlər müəyyənləşdirilmişdir.

Lakin indiyə kimi İsmayıllıda yalnız bir ədəd süni örtüklü meydança inşa olunub. Ötən ilin dekabr ayında açılışı olan stadion hazırda fəaliyyət göstərir. Bir ilə yaxın müddət keçmsinə baxmayaraq, digər meydançadan isə hələ də xəbər yoxdur.

Rayon sakinlərindən aldığımız məlumata görə, ikinci meydança Hacıhətəmli kəndində inşa olunmalı idi. İcra başçısı Nahid Bağırov kənd sakinləri ilə görüş zamanı bu barədə məlumat vermişdi.

Lakin bununla bağlı heç bir iş görülmür. Sakinlərə bildirilib ki, bu, AFFA-nın səlahiyyətində olan işdir. İcra Hakimiyyəti meydança tikməli deyil (sportl.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!