2022-ci ilin ilk altı ayı ərzində ən çox qol vuran futbolçular

3 İyul 2022 12:20 Araşdırma 525
2022-ci ilin ilk altı ayı ərzində ən çox qol vuran futbolçular

2022-ci ilin ilk altı ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Sportinfo.az Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və “Real”ın forvardı Kərim Benzema başçılıq edir.

35 yaşlı hücumçu 6 ay ərzində 11 qola imza atıb. Benzema qolların 10-nu UEFA Çempionlar Liqasında, birini isə UEFA Millətlər Liqasında vurub.

“Liverpul”dan “Bayern”ə keçən Sadio Mane 10 qolla ikinci sırada qərarlaşıb. Seneqallı futbolçu 7 dəfə milli komandada, 3 dəfə isə Çempionlar Liqasında fərqlənib.

“Roma”da çıxış edən Eldor Şomurodov, Meksikanın “Pumas UNAM” klubundan Xuan Dinenno və Braziliya “Palmeyras”ından Rafael Veyqa 9 qolla növbəti yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı