2021-ci ilin ən yaxşı yığma baş məşqçisi kim oldu?

6 Dekabr 2021 10:00 Araşdırma 492
2021-ci ilin ən yaxşı yığma baş məşqçisi kim oldu?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.

57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni 30 xalla ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla üçüncü yeri tutub.

Əlcəzair komandasının sükanı arxasında olan Camel Belmadi və Braziliya millisindən Tite 15 xalla 4-5-ci yerləri bölüşdürür.

İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM