AFFA Mərdəkandakı torpaq sahəsini neçəyə satır? - AÇIQLAMA

5 Dekabr 2021 16:00 Araşdırma 1 073
AFFA Mərdəkandakı torpaq sahəsini neçəyə satır? - AÇIQLAMA

AFFA Icraiyyə Komitəsinin sonuncu iclasında qəbul olunan qərarlar arasında torpaq satışı ilə bağlı yazılanlar müəyyən söz-söhbətə səbəb oldu.

Assosiasiyanın torpaq alqı-satğısı ilə məşğul olduğunu iddia edib, məsxərəyə qoyanlar da tapıldı, torpağı İcraiyyə Komitəsinin üzvlərindən birinin alacağını deyənlər də.

Hətta həmin ərazini Canni de Byaziyə satmalı olduqlarını ideya kimi irəli sürən də tapıldı.

Qərar qəbul olunsa da, söhbətin neçə sot torpaqdan və hansı qiymətdən getdiyi bilinmir. Çünki iclasdan sonra qərar bir cümlə ilə əks olunmuşdu:

-“Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın.

Qaranlıq məqama işıq salmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq:

“Vaxtilə “Dalğa Arena” inşa olunanda, AFFA dövlət qurumları ilə məktublaşıb ora asfalt yol çəkilməsinə nail olmuşdu.

İndi boş qalan ərazinin bir hissəsi yola düşürdü deyə, orda nəsə etmək mümkün olmamışdı. Amma o vaxtdan ərazi AFFA-nın balansına verilmişdi.

Torpaq sahəsi ümumi futbol infrastrukturundan kənardadır. Ərazi kiçikdir, ona görə də orda meydança salmaq, yaxud başqa nəsə inşa etmək mümkün deyil.

Neçə ildir qalmışdı assosiasiyanın balansında. Bu dəfə satılmasına qərar verildi.

O ki qaldı qiymət məsələsinə, ərazinin qanuni şəkildə qiymətləndirməsi olub. Hazırda həmin ərazi təşkilatın, yəni hüquqi şəxsin balansındadır deyə, qiymət məsələsi “torpaq mənimdir, bu qiymətə satıram” şəklində tənzimlənmir.

Səhv etmirəmsə, Əmlak Komitəsinin qiymət dəyərləndirməsindən sonra dövlət qurumu tərəfindən təklif olunan məbləğə satılacaq. Ona görə də bu mövzuda dəqiq rəqəm söyləyə bilməcəyəm”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti