
Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” görüşü üçün qonaqların səfər proqramı bəlli olub.
Qazaxıstan təmsilçisini gətirən təyyarə oyundan bir gün əvvəl – oktyabrın 20-si, saat 13.00 radələrində Heydər Əliyev adına Hava Limanına enəcək.
Qonşu ölkənin imkanlı klublarından sayılan “Kayrat” məskunlaşmaq üçün Bakının ən dəbdəbəli otellərindən biri olan “Fairmont”u seçib.
Rəqibin baş məşqçisi Qurban Berdıyev jurnalistlərin suallarını saat 18.30-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında cavablandıracaq.
Bundan yarım saat sonra “sarı-qaralar”ın matçöncəsi son məşqi start götürəcək.
SPORTİNFO.AZ