Emin Mahmudov Qurban Qurbanovu... Buna diqqət!

13 Oktyabr 2021 17:40 Araşdırma 1 272
Emin Mahmudov Qurban Qurbanovu... Buna diqqət!

Emin Mahmudov Serbiya ilə oyunda (1:3) Azərbaycan millisinin yeganə qoluna imza atdı.

29 yaşlı yarımmüdafiəçi bununla da DÇ-2022-nin seçmə mərhələsində yığmamızın vurduğu bütün qolların müəllifi olub (4 top).

Serbiya ilə hər iki matçda fərqlənən “Neftçi”li, Lüksemburqla İrlandiyanın qapısına da yol tapmağıl bacarıb.

Bununla da, Mahmudov, Azərbaycan millisinin tarixinə düşüb. Belə ki, indiyə qədər müstəqillik tarixində heç bir futbolçu bir seçmə mərhələdə 4 qol vurmamışdı.

Bu baxımdan rekord Qurban Qurbanovun adıyla bağlı idi ki, “Qarabağ”ın hazırkı çalışdırıcısı AÇ-2004-ün seçmə mərhələsində 3 qol vurmuşdu.

Və bütün hallarda Serbiya və Monteneqronu məyus etmişdi.

Yeri gəlmişkən, Emin Belqradda vurduğu top hesabına yığmadakı qollarının sayını 6-ya çatdırdı.

Daha 1 qol vursa, Rauf Əliyev, Dmitri Nazarov, Elvin Məmmədov, Rauf Əliyev və Ramil Şeydayevlə eyni sırada olacaq. Vaqif Cavadovə çatmaq üçün 3, Qurban Qurbanovun millidəki qol sayını təkrarlamaq üçün 9 qol vurmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"