Daha bir idmançı koronavirusa yoluxdu, “Tokio-2020”ni tərk etdi

21 İyul 2021 22:00 Araşdırma 358
Daha bir idmançı koronavirusa yoluxdu, “Tokio-2020”ni tərk etdi

Niderlandlı skeytbordçu Kendi Yakobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, idmançı bu barədə instaqram hesabında bildirib.

O, koronavirus testi müsbət çıxdığı üçün yarışa qatılmayacağını yazıb.

Daha əvvəl çilili taekvondoçu Fernanda Agirre eyni səbəbdən olimpiadadan kənarda qalıb. Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti