Avropa çempionatı həyəcanı yaşamamış futbol ulduzları

21 İyun 2021 23:20 Araşdırma 1 059
Avropa çempionatı həyəcanı yaşamamış futbol ulduzları

Böyük turnirlər futbolçuların özlərini göstərmələri üçün əla vitrindir.

Ancaq hər turnirə məhdud sayda komanda və futbolçu qatılır.

Sportinfo.az xəbər verir ki, 1960-cı ildən təşkil olunan Avropa çempionatından kənarda qalan çox sayda futbolçu olub.

Aralarında elələri var ki, onların qitə birinciliyinə heç vaxt qatılmaması azarkeşləri məyus edir. Bu yazıda da məhz Avropa çempionatı həyəcanı yaşamamış bir neçə ulduz futbolçuya nəzər yetirəcəyik.

Rayan Giqqz
Karyerası ərzində yalnız “Mançester Yunayted”in formasını geyinən Giqqz Uels tarixinin ən önəmli futbolçusu sayılır. Klub səviyyəsində bütün mümkün titulları qazanıb. Ancaq həmin vaxt Uels yığması zəif olduğundan, böyük turnirlərdən kənarda qalırdı. Giqqz karyerasını bitirdikdən sonra təşkil olunan iki Avropa çempionatında da yığması iştirak edib. Hazırda davam edən turnirə millinin baş məşqçisi kimi qatılmaq da şəxsi səbəblərdən reallaşmayıb.

Corc Best
“Mançester Yunayted”dən danışarkən Corc Bestin adını yazmamaq olmaz. Futbol tarixinin ən yaxşılarından sayılan şimali irlandiyalı Best də qitə birinciliyi üzünə həsrət qalıb.

Sami Hyuppya
Düz 10 il “Liverpul”un şərəfini qoruyan Hyuppya ölkə futbolunun qurbanı olub. Əfsanəvi müdafiəçi 2012-ci ildə karyerasını bitirib. Ölkəsi isə böyük turnir həyəcanını ilk dəfə bu il yaşayır.

Yari Litmanen
Finlandiya futbolu deyəndə ağıla ilk gələn şəxs Litmanendir. “Ayaks”, “Barselona”, “Liverpul” kimi klublarda çıxış etmiş ölkəsinin əfsanəsi 2011-ci ildə 40 yaşında karyerasını bitirib.

David Jinola
Fransanın yaddaqalan oyunçularından olan Jinola millinin heyətində 17 oyun keçirib. PSJ-dən sonra Premyer Liqada “Nyukasl”, “Tottenhem”, “Aston Villa”da çıxış edib. Buna baxmayaraq, nə Avropa, nə də dünya çempionatlarına aparılmağa layiq görülməyib.

Yan Raş
Giqzzlə yanaşı, Raş da Uels futbolunun unudulmazlarındandır. Premyer Liqadakı qolları ilə yaddaşlarda qalan sabiq “Liverpul”lu 16 il Uels yığmasının formasını geyinsə də, böyük turnirləri kənardan izləməli olub.

Mettyu Le Tisser
16 il “Sauthempton” forması geyinən və klubun əfsanəsi sayılan Le Tisser İngiltərə millisinin heyətində cəmi 8 görüşdə oynayıb. AVRO-1996-ya son anda aparılmayan Le Tisser DÇ-1998-dən də kənarda qalınca milli karyerasını yekunlaşdırıb ().

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu